Azərbaycanda fəaliyyət göstərən 60-70 % həkim məhz paytaxtda cəmləşib.
“İki sahil” xəbər verir ki, bunu TƏBİB-in İcraçı direktorunun müavini Azər Nəsirov Səhiyyə İdarəçiləri Zirvəsi çərçivəsində panel çıxışı zamanı deyib.
O bildirib ki, hazırda regionlarda həkim çatışmazlığı müşahidə olunur.