AZ

ABŞ administrasiyası Ukraynaya ayrılmış 5,6 milyard dolları xərcləməyə çatdırmayacaq – ÖZƏL

ABŞ prezidenti Co Baydenin administrasiyası Konqres tərəfindən Ukraynaya hərbi yardım üçün ayrılmış 5,6 milyard dolların hamısını Baydenin vəzifə müddəti bitənə qədər xərcləməyə çətinlik çəkəcək. 

Olaylar.az xəbər verir ki, bu barədə New York Times nəşri Pentaqon rəsmisinə istinadən məlumat yayıb.
"Mövcud administrasiya Konqres tərəfindən Ukraynaya silah və digər hərbi yardım üçün ayrılmış 5,6 milyard dolların hamısını xərcləyə bilməyəcək", - nəşrdə bildirilir.

ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan isə daha əvvəl bəyan etmişdi ki, əgər Ağ Ev Ukraynaya yardımı dayandırsa, Rusiya danışıqlar masasına daha güclü mövqedə oturacaq. Sallivan vurğulayıb ki, ABŞ-nin Ukraynaya dəstək göstərməməsi Rusiya üçün əlavə üstünlük yarada bilər.

Eyni zamanda, məlum olub ki, Ukraynaya hərbi yardımların koordinasiyasını NATO öz üzərinə götürüb. Şimali Atlantika Alyansı bu funksiyanı ABŞ-dən təhvil alıb. Avropa mediasının məlumatına görə, bu addım əvvəlcədən planlaşdırılmış olsa da, bir neçə ay təxirə salınmışdı. Bununla NATO öz fəallığını nümayiş etdirəcək, lakin Ukraynaya öz silahlarını göndərməyəcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
phrase_var_article.chosen
22
olaylar.az

1phrase_var_article.sources