AZ

İranda məktəblər bağlandı

10:15 18.12.2024
10:15 18.12.2024

İranın bir çox əyalətlərində soyuq hava, elektrik və qaz təchizatında yaranan problemlər səbəbindən məktəblər bağlanıb.

Mynews.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə İranın rəsmi xəbər agentliyi İRNA məlumat yayıb.

Məlumata görə, enerji çatışmazlığını aradan qaldırmaq üçün bir çox şəhərlərdə məktəblər bağlanıb, bəzi şəhərlərdə isə təhsil distant formada davam etdiriləcək.

Enerji problemləri və soyuq hava səbəbindən Ərdəbil, Simnan, Gülüstan, Şimali Xorasan, Rəzəvi Xorasan, Mazandaran, Zəncan, Kürdüstan və Kirmanşah əyalətlərində bütün təhsil pillələri üçün məktəblər bağlanıb.

Qum vilayətində ibtidai, orta və lisey səviyyəli təhsil müəssisələri, Fars vilayətində isə ibtidai məktəblər bağlanıb.


Seçilən
7
7
mynews.az

8Mənbələr