Fənərbaxça yanvarın 13-də başlayıb fevralın 11-də başa çatacaq ara transfer dövründə heyətini gücləndirmək üçün səylərini davam etdirir.
News24.az Sabah-a istinadən xəbər verir ki, sarı-göylü komandada hələ də gündəmdə olmayan Anderson Taliskanın transferi üçün yeni iddia ortaya atılıb.
Vitse-prezident Acun Ilıcalının idarə etdiyi transfer prosesində Talisca üçün Əl-Nassr-a 5 milyon avroluq transfer haqqı ödəniləcək.
Səudiyyə komandasının heç bir çətinlik yaratmadığı qeyd edilsə də, braziliyalı futbolçunun maaşı prosesi uzadan məsələlərdən biri olub.
“Fənərbağça” rəhbərliyinin bu mövsüm ulduz futbolçunun 6 aylıq maaşını ödəyəcəyi qeyd edilib.
"Əl-Nassr"da illik 12 milyon avro qazanan Taliska mövsümün sonuna kimi sarı-göylülərdən 6 milyon avro maaş alacaq.
Bildirək ki, 30 yaşlı futbolçunun gələcək illər üçün yeni maaşı dekabrın 23-də bazar ertəsi keçirilməsi gözlənilən yekun iclasda müəyyənləşəcək. “Fənərbağça”nın Taliskanı hər il 7 milyon avroya razı salmağa çalışdığı deyilir.
Günel Məlikzadə