AZ

“Şido” qasırğası Afrikada ciddi dağıntılar törətdi

Mozambikin şimalındakı Nampula, Niasa və Kabo Delqado əyalətlərində “Şido” tropik qasırğası nəticəsində azı 15 nəfər həlak olub, 5800-ə yaxın yaşayış binası dağılıb.

KONKRET.az  “Rádio Moçambique”yə istinadən xəbər verir ki, qurbanların ümumi sayı  100 mindən çoxdur. Bununla belə okeana çıxan 69 balıqçı qayığından hələ də xəbər yoxdur.

“Şido” qasırğası bir neçə gün əvvəl Hind okeanının cənub-qərbindən başlayıb, daha sonra Madaqaskar, Komor   və Mayotta adalarının üzərindən keçib. Mayotte hakimiyyəti hələ ki, qurbanların sayını yekunlaşdırmayıb, lakin ilkin hesablamalara görə, söhbət bir neçə yüz nəfərin ölümündən gedir. Dekabrın 17-də artıq zəifləmiş siklon Zimbabveyə çatıb. Güclü yağışlar isə davam edir.

Vəli Həsənoğlu,

KONKRET.az

phrase_var_article.chosen
29
konkret.az

1phrase_var_article.sources