Olimpiya çempionu Tatyana Navka Kremlin sözçüsü Dmitri Peskovla xoşbəxt evliliyin sirrini bölüşüb.
Publika.az xəbər verir ki, Navkanın sözlərini “Komsomolskaya Pravda” sitat gətirib.
“Ailəmizdə heç bir tabu mövzusu yoxdur. Mən sadəcə ağıllı qadınam və lazımsız suallar vermirəm. Nə qədər az bilsən, bir o qədər yaxşı yatarsan.
Ona nəsə deməyi, əvvəlcədən nəyisə göstərməyi, ona qulaq asmağa icazə verməyi dayandırdım. İndi o, gələndə deyir: ah, necə gözəl, necə də yaxşıdır”, – Navka bildirib.