AZ

Kanada ABŞ-la sərhəddə təhlükəsizliyi gücləndirmək üçün 900 milyon dollardan çox vəsait xərcləyəcək

Kanada hakimiyyəti ABŞ-la sərhəddə təhlükəsizlik tədbirlərini gücləndirmək üçün 1,3 milyard Kanada dolları (900 milyon dollardan bir qədər çox) xərcləmək niyyətindədir. Bu barədə CBC telekanalı məlumat yayıb.

Telekanal qeyd edir ki, bu tədbirlər Ottavanın ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı “sakitləşdirmək” cəhdidir.

ABŞ, Meksika və Kanada bu dövlətlər arasında azad ticarət zonasının yaradılmasını nəzərdə tutan üçtərəfli razılaşma ilə bağlıdır. Bununla belə, noyabrın 25-də Tramp prezident kimi fəaliyyətə başladığı ilk gündə qeyri-qanuni immiqrasiya və narkotik qaçaqmalçılığı ilə əlaqədar Kanada və Meksikadan gələn bütün mallara 25% rüsum tətbiq edəcəyini açıqlamışdı.

Oxuməni.az

Seçilən
29
oxumeni.az

1Mənbələr