AZ

Azərbaycan üzgüçüsü Əbu-Dabidəki beynəlxalq yarışda 7 medal qazanıb

Azərbaycan üzgüçüsü Yeqor Maynitskiy Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən beynəlxalq yarışda 7 medal qazanıb.

Üzgüçülük Federasiyasından verilən məlumata görə, idmançı həmçinin yarışın ən yaxşısı seçilib.

14 yaşlı üzgüçü turnirdə 50, 100 və 200 metr məsafələrə brass üsulunda üzməkdə bütün rəqiblərini üstələyib.

Bundan başqa Y.Maynitskiy 200 metr məsəfə üzrə qarışıq üsulda da finişə hamıdan birinci çatıb. O, 400 metr məsafəyə qarışıq və 50 metr məsafəyə sərbəst üsulda üzməkdə ikinci olub.

İdmançı kəpənək üsulunda 50 metr məsafə üzrə üçüncü olub.

Beləliklə Y. Maynitskiy ümumilikdə 4 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. O, öz yaşıdları arasında yarışın ən yaxşı idmançısı fəxri adına layiq görülüb.

Qeyd edək ki, turnir dekabrın 14-16-sı aralığında keçirilib.

"Cebheinfo.az"

Seçilən
37
5
cebheinfo.az

7Mənbələr