Bakı, 18 dekabr, AZƏRTAC
Yanvar-noyabr aylarında Azərbaycandan 23 milyard 522,1 milyon kubmetr təbii qaz ixrac edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,52 faiz azdır.
Dövlət Gömrük Komitəsindən AZƏRTAC-a bildirilib ki, ixrac edilən təbii qazın dəyəri 7 milyard 604,2 milyon dollar olub.
Xatırladaq ki, 2023-cü ilin eyni aylarında isə Azərbaycandan 24 milyard 379,9 milyon dollar dəyərində yəni, 12 milyard 775,6 milyon kubmetr təbii qaz ixrac edilib.