AZ

Colani: Kürdlər bunu etmədikcə, bizim onlarla işimiz olmaz

Baas rejiminin devrilməsinin önündə olan HTŞ qruplaşmasının lideri Colani kürdlər və digər etnik qruplarla bağlı mühüm açıqlamalar verib.

Turkustan.az xəbər verir ki, Colani, "Kürdlər bölünməyi müdafiə etmədikcə onlarla problemimiz olmayacaq" dedi. O, ələvi, druz və xristianlarla dialoqda olduqlarını da ifadə edərək, əhatəli hökumətin qurulması ilə bağlı mühüm açıqlamalar verib.
Baas rejiminin devrilməsində aparıcı rol oynayan HTŞ qrupunun lideri Suriyanın gələcəyi ilə bağlı mühüm qiymətləndirmələr edib. Colani "France24"-ə müsahibəsində bütün etnik və dini qruplarla ünsiyyətdə olduqlarını və heç bir ayrı-seçkilik etməyəcəklərini bildirib.

Lider əvvəlcə suriyalıların vəziyyətinə toxunaraq, "Biz suriyalılar bu prosesin qurbanıyıq. Artıq aramızda olmayan cəlladımıza görə cəzalandırılırdıq" dedi. O, beynəlxalq ictimaiyyətə də səslənərək, beynəlxalq ictimaiyyətdən Əsəd rejiminin cinayətləri və Suriyanın pulunu qaçırdığı üçün mühakimə olunması üçün yardım istədiyini bildirdi.

Colani onların terrorçular siyahısına salınması ilə bağlı da fikirlərini bildirib. O, heç bir şəkildə mülki insanları hədəf almadıqlarını və terror hadisələrində iştirak etmədiklərini bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
38
turkustan.az

1Mənbələr