AZ

Müsavat, Ağ Partiya, Ümid, KXCP... - Hökuməyt onlara pulu necə ayırır? (Açıqlamalar)

Milli Məclisin iclasında çıxış edən maliyyə naziri Samir Şərifov 2025-ci ilin büdcə zərfinin üçüncü oxunuşda müzakirəsi zamanı siyasi partiyaları sevindirən məlumat çatdırıb.

Mia.az-ın məlumatına görə, nazir bildirib ki, ölkə Prezidentinin tapşırığı ilə siyasi partiyalara maliyyə yardımının ayrılması üçün ilkin proqnozlaşdırılan vəsaitin 1 milyon manat artırılması nəzərdə tutulub. 

Yeni qanuna əsasən, dövlət tərəfindən ayrılan vəsait aşağıdakı kimi bölünür:

Parlamentdə təmsil olunmayan aşağıdakı siyasi partiyalar dövlətdən maliyyə yardımı alır:

Bəs məbləğin 1 milyon artırılmasının partiyaların işinə nə kimi təsiri olacaq? 

Arzuxan

Arzuxan Əlizadə 

Milli İstiqlal Partiyasının (AMİP) sədri, deputat Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, siyasi partiyaların stimullaşdırılması üçün növbəti addım atılıb. Onun sözlərinə görə, qanunvericiliyə edilən dəyişiklikdən sonra bu dəstəkdən parlamentdə təmsil olunmayan partiyalar da yararlana bilir: “Biz məbləğin artırılacağı qərarını gözləyirdik. Sadəcə, Qarabağın bərpası, azad edilən ərazilərə qayıdış, ölkənin müdafiə xərclərini nəzərə alaraq, bunu demək etik olmazdı. Ancaq göründüyü kimi, parlamentdə təmsil olunmayan partiyalar da maliyyə dəstəyi alırlar. Bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev xüsusi göstəriş verib və bizim də dövlət başçısına bir təşəkkür borcumuz var”. A.Əlizadə vurğuladı ki, bu dəstək partiyaların fəaliyyəti üçün impulsdur: “Artıq 25 partiyanın hər biri bu vəsaitdən istifadə edəcək. Düşünürəm ki, siyasi partiyaların daha effektiv fəaliyyəti üçün maliyyə ayrılması mühüm stimuldur”.

Akif Nağı 

Azad Vətən Partiyasının sədri Akif Nağı qeyd etdi ki, büdcədən partiyalara vəsait ayrılması vacib məsələdir: “Əvvəllər də bu məsələ var idi, amma müəyyən məhdudiyyətlər mövcud idi. Son dəyişiklik əsasında isə parlamentə düşməyən partiyalar da maliyyə dəstək alacaqlar. Düzdür, orada da müəyyən şərtlər var, üstünlük parlament partiyalarına verilir, amma bütün hallarda, 1 milyon vəsaitin artırılması ciddi bir rəqəmdir. Çünki partiyalar normal fəaliyyət göstərməlidirlər”.

MİA.AZ

phrase_var_article.chosen
13
1
mia.az

2phrase_var_article.sources