AZ

7,6 mlrd.dollar dəyərində təbii qaz ixrac edilib

2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycan 23 milyard 522 milyon 163 min 88 kubmetr təbii qaz ixrac edib.

Teleqraf.com gömrük statistikasına istinadən xəbər verir ki, təbii qaz ixracı dəyər ifadəsində 7 milyard 604 milyon 209 min dollar təşkil edib.

Azərbaycanın xaricə təbii qaz təhcizatının ixracda payı 31,24% təşkil edib. Hesabat dövründə ixrac edilən təbii qazın həcmi 2023-cü ilin yanvar-noyabr ayları ilə müqayisədə 3,5 %, dəyəri isə 40,5 % azdır. ​

Hazırda Azərbaycan qazının Avropanın cənubuna nəql olunduğu Cənub Qaz Dəhlizinin Avropa hissəsi olan Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetrə çatıb.TAP-ın tikintisi 2020-ci ilin oktyabrında başa çatıb. Kəmərin ümumi uzunluğu 878 km-dir ki, bunun da 550 km-i Yunanıstanın şimal hissəsindən, 215 km-i Albaniya ərazisindən, 105 km-i Adriatik dənizinin dibi ilə, 8 km-i isə İtaliya ərazisindən keçir.

Azərbaycan qazının TAP vasitəsilə İtaliya, Yunanıstan və Bolqarıstandakı istehlakçılara tədarükü 2020-ci il dekabrın 31-dən başlayıb.

Türkiyəyə Azərbaycanın “Şahdəniz” yatağından hasil edilən təbii qaz nəql olunur. Təbii qaz həcmləri Cənubi Qafqaz Boru Kəməri və TANAP vasitəsilə Türkiyə bazarına çatdırılır. Bakı-Tbilisi-Ərzurum kəməri ilə ilk qaz Türkiyə bazarına 2007-ci ildə daxil olub. TANAP vasitəsilə Türkiyəyə kommersiya qazının nəqlinə isə 2018-ci il iyunun 30-da başlanılıb.


Müəllif: Teleqraf.com
phrase_var_article.chosen
24
teleqraf.com

1phrase_var_article.sources