AZ

Bu şirkət yalnız “Bakı Metropoliteni”nin tenderlərini udur

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin keçirdiyi tender müsabiqəsinə yekun vurulub.

Valyuta.az xəbər verir ki, tender “Bakı Metropoliteni” QSC-nin “C.Cabbarlı" stansiyasında paslanmaz metaldan müxtəlif məmulatların hazırlanıb quraşdırılması işlərinin görülməsi ilə bağlı idi. Tenderin qalibi “Caspinox” Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Tərəflər arasında imzalanacaq satınalma müqaviləsinin dəyəri 41 min 366 manatdır.

“Caspinox” Məhdud Məsuliyyətli Cəmiyyəti 10 tenderin qalibi olub. Bu tenderlərin hamısı “Bakı Metropoliteni”nin keçirdiyi tender müsabiqələri olub. 

Udulan 10 tender nəticəsində şirkət ilə “Bakı Metropoliteni” arasında ümumi həcmi 1 milyon 454 min 228 manat olan müqavilələr imzalanıb.

Əvəz Həsənov

Seçilən
34
1
valyuta.az

2Mənbələr