AZ

Azərbaycanda vəkilliyə kütləvi şəkildə sənəd verirlər - Anar Bağırov

Son illər vəkillik peşəsinə ölkəmizdə böyük maraq var.

Teleqraf.com xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov deyib.

Onun sözlərinə görə, gənc hüquqşünaslar bir qayda olaraq vəkil olmağı arzulayırlar: “Kütləvi şəkildə vəkilliyə sənəd verirlər. Məhz bunun nəticəsində son altı ildə artıq 14-cü dəfədir ki, yazılı imtahan keçirilir. Bu müddət ərzində 5005 yüzünə yaxın hüquqşünas vəkilliyə qəbul imtahanında iştirak edib. 1800-dən çox hüquqşünas uğur əldə edib və hazırda vəkil kimi fəaliyyət göstərir.

Bütün bu aparılan işlərin nəticəsidir ki, ölkədə vəkillərin sayı son illər ərzində üç dəfə artıb. Artıq 2500-dən çox vəkil fəaliyyət göstərir.

Təbii ki, bu da son rəqəm deyil. İldən-ilə ölkədə vəkillərin sayı artacaq və bütün bu işin bir hədəfi, bir məqsədi var. O da ondan ibarətdir ki, Azərbaycan Respublikası vətəndaşlarının hüquqi yardıma çatmaq hüququ tam təmin olunsun. Nəticə etibarı ilə ədalət mühakiməsinə çıxış da lazımi səviyyədə icra edilsin.

Vəkillər Kollegiyası olaraq imtahanların müntəzəm olaraq keçirilməsi üçün bütün lazımi işlər görülür. Yəni onlayn qaydada bizə sənəd qəbulu aparılır. İstənilən hüquqşünas istənilən bölgədən Bakıya gəlmədən sənəd təqdim edə bilir. İmtahanlar tam şəffaf qaydada keçirilir. Yazılı imtahan müşahidəçilərin iştirakı ilə aparılır. Eyni zamanda şifahi müsahibə bizdə video çəkilişlə aparılır.

Beləliklə, istənilən namizəd imtahan nəticəsindən şikayət edə bilər. Son illərin təhlili onu göstərir ki, heç bir narazılıq yoxdur. Obyektivlik, şəffaflıq, hesabatlılıq tam təmin olunur”.


Müəllif: Məlik Məlikov
Seçilən
35
teleqraf.com

1Mənbələr