Sənədin növündən asılı olaraq aidiyyəti sənədləşmə təcrübəsi tətbiq olunmalıdır.
Heftelik.az-ın məlumatına görə, bu, “Dərman vasitələrinin istehsalına, daşınmasına və saxlanmasına dair tələblər”-də əksini tapıb.
Sənədlərin dəqiqliyi, tamlığı, əlçatan olması və aydınlığını təmin etmək üçün müvafiq nəzarət üsullarından istifadə edilməlidir. Reqlamentləşdirici sənədlər yazılı formada və səhvsiz olmalıdır. Yazılı formada dedikdə məlumatların insan üçün oxunabilən şəkildə əldə olunmasını mümkün edən hər hansı informasiya daşıyıcısına qeyd edilmiş və sənədləşdirilmiş olması nəzərdə tutulur.