AZ

Qusar xəstəxanasının baş direktoru növbəti dəfə CƏRİMƏLƏNDİ

Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Kamil Hacıyev növbəti dəfə cərimələnib.

Bizim.Media-nın Şimal bürosu xəbər verir ki, bu dəfə Qusar rayon məhkəməsinin qərarı ilə xəstəxana rəhbəri 20 min manat məbləğində cərimələnib.
 

Belə ki, məhkəmə Baş direktor Kamil Hacıyev və həyat yoldaşı İlhamə Hacıyevanın qanunsuz hərəkətləri barədə müraciətlər əsasında araşdırma aparıb. İnzibati Xətalar Məcəlləsinin 192.1 maddəsilə Kamil Hacıyev barəsində məsuliyyət nəzərdə tutulub.


Xatırladaq ki, bu, Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin baş direktoru Kamil Hacıyevin ikinci cəriməsidir. Bu il sentyabrın 17-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti Qusar Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin Baş direktoru Kamil Hacıyevi anbar bölməsinin müdiri Flora Mirzəağayevanı qanunsuz işdən azad etdiyinə görə 1800 manat cərimələmişdi. Sentyabrın 17-də Qusar məhkəməsi həmin qərarı qüvvədə saxlamışdı. Artıq anbar bölməsinin müdiri Flora Mirzəağayeva işinə bərpa olunub.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

phrase_var_article.chosen
3
bizim.media

1phrase_var_article.sources