AZ

Vüqar Mustafayev: Son iki ildə dövlət müdafiə sifarişinin həcmi və icrası 5 dəfədən çox artıb

Son iki ildə dövlət müdafiə sifarişinin həcmi və icrası 5 dəfədən çox artıb.

“Poliqon” xəbər verir ki, bu sözləri Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev deyib.

Azərbaycanın müdafiə sənayesinin müasir tələblərə uyğunlaşdırılması məqsədilə “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin yaradıldığını diqqətə çatdıran nazir qurumun ölkənin iqtisadi gücünün artırılmasına da layiqli töhfələr verdiyini söyləyib.

V.Mustafayev son iki ildə dövlət müdafiə sifarişinin həcminin və icrasının 5 dəfədən çox artdığını, bunun müdafiə sənayesinin yüksələn xətlə inkişafının əyani nümunəsi olduğunu vurğulayıb.

Dövlət başçısı İlham Əliyevin Müdafiə Sənayesi Nazirliyinin qarşısında mühüm vəzifələr qoyduğunu bildirən nazir, bu vəzifələrin müdafiə sənayesinin möhkəmləndirilməsi və şaxələndirilməsi istiqamətində zəruri kompleks tədbirlərin həyata keçirilməsini tələb etdiyini diqqətə çatdırıb.

Seçilən
31
poliqon.az

1Mənbələr