AZ

Türkiyə mətbuatı: 18 dekabr 2024

 

“Vatan”: R.T.Ərdoğan: “Rekordlar qıraraq irəliləyirik” 

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin 33 milyona yaxınlaşan məşğulluq səviyyəsi ilə həm sənaye istehsalında, həm də ixracatda rekordlar qıraraq irəlilədiyini bildirdi. O, "21-ci əsri Türkiyənin əsri edəcəyimizə ürəkdən inanıram" dedi. 

“Sabah”: R.T.Ərdoğan: “Suriyadakı qeyri-sabitlik sona çatmalıdır 

Prezident Ərdoğan Qətər Əmiri Əl Sani ilə Prezident Sarayında bir araya gəldi. Görüşdə bölgədəki son hadisələr müzakirə edildi. O, Suriyadakı qeyri-sabitliyin təcili olaraq sona çatmalı olduğunu qeyd edərək terror təşkilatlarına qarşı mübarizənin davam edəcəyini vurğuladı. 

“Hürriyet”: R.T.Ərdoğan: “Suriyada PKK və İŞİD-ə yer yoxdur” 

Türkkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Avropa Komissiyası başçısı Ursula von der Leyeni qəbul etdikdən sonra birgə mətbuat konfransında danışdı. Ərdoğan "Suriyada İŞİD-ə və PKK-ya yer yoxdur" ifadələrini işlətdi. 

“Star”: Leyendən Türkiyəyə tərif

Avropa Komissiyası başçısı Ursula von der Leyen Türkiyənin milyonlarla suriyalıya ev sahibliyi edərək çox yaxşı bir iş başardığını qeyd etdi. O, Türkiyənin regional sabitliyin təmin edilməsində çox mühüm rola malik olduğunu bildirdi. 

“Haber Türk”: İsrailin törətdiyi soyqırım görməzlikdən gəlinməməlidir 

Türkiyənin Xarici İşlər Nazirliyi tərəfindən verilən açıqlamada "Bölgəmizdə son dövrlərdə baş verən hadisələr İsrailin Qəzzada törətdiyi soyqırımın beynəlxalq ictimaiyyət tərəfindən görməzlikdən gəlinməsi nəticəsini doğurmamalıdır" deyildi.



phrase_var_article.chosen
13
trt.net.tr

1phrase_var_article.sources