AZ

Argentinalı əfsanə İkardi haqda nə dedi?

Argentina futbolunun əfsanəsi Oskar Rucceri karyerasını ''Qalatasaray''da davam etdirən və zədə üzündən mövsümü başa vuran Mauro İkardi haqda diqqətçəkən açıqlamalar verib.

62 yaşlı Rucceri ''Boka Xuniors'',''River Pleyt'', ''Real'', ''San Lorenso'' kimi klublarda top qovub, eləcə də Argentina yığmasının heyətində DÇ-1986-nın qalibi olub. O, Argentina mətbuatına açıqlamasında İkardinin karyerasına görə xəyal qırıqlığı yaşadığını bildirib:

''Yalnız onu bilirəm ki, İkardi bir ara böyük gələcək vəd edirdi və Argentina yığmasının əsas mərkəz hücumçusu idi. Amma bunlar çox qısa sürdü. Ona görə də onunla bağlı ümidlərim doğrulmadı. Dünya çempionu olmaq fürsətini əldən verdi. Ailəsi üzündən də karyerası istənilən səviyyədə alınmadı. Xoşbəxt və hüzurlu ailə futbolçu üçün çox önəmlidi. Çünki futbolçu evə getdikdən sonra sakit ab-havada olmalıdı''.

Qeyd edək ki, İkardi hazırda onu reper L-Gante ilə aldadan qalmaqallı həyat yoldaşı Vanda Nara ilə boşanma prosesindədi.

ƏLİ
Seçilən
22
football-plus.az

1Mənbələr