AZ

Sürücülük vəsiqəsinin müddəti hərbi xidmətə getməyə təsir edirmi? - RƏSMİ AÇIQLAMA 

Sürücülük vəsiqəsi almaq istəyən skolioz xəstəsi ona vəsiqənin onillik deyil, ikiillik müddətə verilməsindən şikayətçi olub.

Referans.az-ın  məlumatına əsasən,bu barədə o, Oxu.Az-a müraciət ünvanlayıb.

"Hərbi xidmətdə olmamışam. Onurğamda əyrilik var, II dərəcə skolioz xəstəsiyəm. Sürücülük vəsiqəsi almaq istəyirəm, mənə ikiillik verirlər. Deyirlər ki, onillik versək, səni əsgər aparacaqlar. Mən bilmək istəyirəm ki, bu nə dərəcədə qanunidir? Mənim sürücülük vəsiqəmin 10 illik olması hərbi xidmətə getməyimə səbəb kimi götürülə bilər?" - deyə müraciətdə bildirilir.

Məsələyə aydınlıq gətirilməsi üçün Baş Dövlət Yol Polisi İdarəsinə (BDYPİ) sorğu ünvanladıq.

İdarənin rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirdi ki, qanunvericiliyə əsasən, şəxsin sağlamlıq cəhətdən sürücülüyə yararlı hesab edilməsinin əsasları, habelə nəqliyyat vasitələrini idarə etməsinə mane olan xəstəliklərin və ya fiziki pozuntuların siyahısı Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilir.

"Həmin siyahıda yer alan xəstəlikləri olan şəxslər üçün sürücülük vəsiqəsinin etibarlılıq müddəti isə şəxsin təqdim etdiyi tibbi arayışda göstərilən, lakin iki ildən artıq olmayan müddəti əhatə edir.

Məlumat üçün qeyd edirik ki, sürücülük vəsiqəsi şəxsin həqiqi hərbi xidmətə yararlı olub-olmamasını müəyyən edən sənəd deyil", - deyə M.Ağayev vurğulayıb.


phrase_var_article.chosen
10
15
referans.az

10phrase_var_article.sources