AZ

"Türkiyə Respublikasında Mediasiya" adlı kitab nəşr edilib

MÜSİAD Azərbaycanın dəstəyi, Azərbaycan Respublikası Mediasiya Şurası və Türk Dünyası Arabulucular Birliğinin təşkilatçılığı ilə "Türkiyə Respublikasında Mediasiya" adlı kitab nəşr edilib.

QHT.az xəbər verir ki, Bakı 15 saylı Mediasiya təşkilatının mediatoru Narvin Mahmudova tərəfindən yazılan kitabda mediator və tərəflər arasında münasibət mediasiyaya müraciət, mediasiyada həll olunan mübahisələr, məhkəmədən əvvəl mediasiya qaydasında baxılması vacib sayılan mübahisələr, mediasiya iclas modelleri, mediasiya prosesinin mərhələləri və s. bu kimi mövzulara toxunulub və iki ölkənin mediasiya təcrübəsinin oxşar və fərqli cəhətləri barədə məlumat verilib.

Kitabdan mediator olmağa hazırlaşan namizədlər, mediatorlar, hüquqşünaslar, tələbələr və bu kimi sahədə fəaliyyət göstərən şəxslər istifadə edə bilər.

Qeyd edək ki, kitabın yaxın günlərdə təqdimat mərasimi keçiriləcək.

phrase_var_article.chosen
19
qht.az

1phrase_var_article.sources