“Son zamanlar tibb işçiləri “bizi sıxırlar” deyirlər”
Yenicag.az xəbər verir ki, bunu TƏBİB-in təşkilatçılığı ilə keçirilən “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirinin I panelində çıxış edən Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Mərkəzinin İdarə Heyətinin sədr müavini Vüqar Məmmədov deyib.
Onun sözlərinə görə, bəzi hallarda həkimlərimiz təzyiq və təhdidlə qarşılaşır, özünü qoruya bilmir.
“Ancaq sual yaranır, belə vəziyyətə səbəb nədir? Çünki hər iki tərəf konfliktdə özünü haqlı sayır. Bunun üçün etibarlı orqan olmalıdır. Yəni doğru qərarla heç bir tərəf üçün şübhəli məqam qalmamalıdır. Belə olan halda, hüquqi sistemdə məhkəmə tibbi ekspertiza önəmli rol oynamalıdır. Bu gün ən çox şikayət ədalətli qərarların olmaması ilə bağlıdır. Bəzən 7-8 ekspertiza aparılır, qərarlar isə fərqli-fərqli”.
“Son zamanlar tibb işçiləri “bizi sıxırlar” deyirlər. Belə halların qarşısının alınması üçün tibbi ekspertiza daşıyıcıları olaraq həkim səhvi ilə cinayət düzgün araşdırçalıdır və dəyərləndirilməlidir. Bütün hallarda, ədalətli qərar üçün bu sistem gücləndirilməlidir. Aidiyyəti qurumlar ciddi iş görməlidir ki, qərarlar obyektiv və doğru olsun”, – deyə o bildirib.
Nəsimi Ələsgərli