AZ

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpü keçidi sökülür

Bakı. Trend:

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpü keçidi 18dekabr 2024-cü il tarixində saat 00:00-da sökülür.

Bu barədə Trend-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindənməlumat verilib.

Bildirilib ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirənvə 1970-ci illərdə inşa edilmiş körpü keçidinə aidiyyəti qurumlarınmütəxəssisləri tərəfindən birlikdə baxış keçirilib və məsələNəqliyyatı Əlaqələndirmə Şurasında müzakirəyə çıxarılıb. Körpüdəaparılmış müayinə və sınaqların nəticəsinə əsasən, konstruksiyadayükgötürmə qabiliyyətini aşağı salacaq qüsurların mövcud olduğu vəkörpünün qəzalı vəziyyətdə olduğu aşkar edilib.

Nəqliyyatı Əlaqələndirmə Şurasında mütəxəssis rəyləri vəmüzakirələrin nəticəsi nəzərə alınaraq, körpünün sökülməsi vəyerində yeni körpünün inşa edilməsi barədə qərar qəbul olunub.

Yeni körpünün inşası zamanı avtomobil yolunun tamamiləbağlanılması və hərəkətin dayandırılması nəzərdə tutulur. Söküntüvə təmir işləri ilə əlaqədar AYNA tərəfindən ərazidə müntəzəmsərnişin daşımalarını yerinə yetirən 8 avtobus marşrutunun hərəkətsxemi müvəqqəti olaraq dəyişdirilir.

Belə ki, 16/19, 17, 18 və 27 nömrəli marşrutlar Alı Mustafayevküçəsi (Sumqayıt şəhəri. Tunel) – Ayna Sultanova küçəsi – HacıbabaSəmədov küçəsi ilə təşkil ediləcək. 503 nömrəli müntəzəm marşrutunbaşlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi (Heydər Əliyevprospekti), son dayanacaq məntəqəsi isə Bakı Beynəlxalq AvtovağzalKompleksi, 521 nömrəli müntəzəm marşrutun başlanğıc dayanacaqməntəqəsi Saray qəsəbəsi (Heydər Əliyev prospekti), son dayanacaqməntəqəsi isə Novxanı qəsəbəsi, 523 nömrəli müntəzəm marşrutunbaşlanğıc dayanacaq məntəqəsi Saray qəsəbəsi (Heydər Əliyevprospekti), son dayanacaq məntəqəsi isə Xırdalan şəhəri olmaqlafəaliyyət göstərəcək. 522 nömrəli müntəzəm marşrutun başlanğıcdayanacaq məntəqəsi Saray qəsəbəsi (Heydər Əliyev prospekti), sondayanacaq məntəqəsi isə Koroğlu küçəsi (Sumqayıt şəhəri) olmaqlaNizami Gəncəvi küçəsi – Məhəmməd Əmin Rəsulzadə küçəsi –Bakı-Quba-Rusiya yolu – Sülh küçəsi ilə təşkil ediləcək.

Həmçinin vətəndaşların Sumqayıt şəhərindən Xırdalan şəhərinəbirbaşa gedişlərinin təmin edilməsi məqsədilə 505 nömrəli müntəzəmmarşrutun müvəqqəti olaraq başlanğıc dayanacaq məntəqəsi Koroğluküçəsi (Sumqayıt şəhəri, dairənin yaxınlığı) müəyyən edilir.

Saray körpüsündə aparılacaq söküntü və tikinti işləri iləəlaqədar olaraq sürücülərdən alternativ yollardan istifadə etmələrixahiş olunur.

Qeyd edək ki, Nəqliyyatı Əlaqələndirmə Şurasında NazirlərKabineti Aparatının Nəqliyyat, kommunikasiya və innovasiya şöbəsi,Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Daxili İşlər Nazirliyi,Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Şəhərsalma vəArxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti, AzərbaycanAvtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyəti, AzərbaycanYerüstü Nəqliyyat Agentliyi, “Azərbaycan Dəmir Yolları” QSC və“Bakı Metropoliteni” QSC təmsil olunur.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi

Məqalədə:
phrase_var_article.chosen
21
46
az.trend.az

10phrase_var_article.sources