AZ

Püstə Rəvan: "Dayım balalarını muğam kimi,  muğamlarımızı balası kimi sevirdi"

Bu gün Mədəniyyətimizin zənginləşməsində xüsusi rolu olan böyük sənətkarlardan birinin doğum günüdür.

Adalet.az xəbər verir ki, Azərbaycanın tanınmış xanəndəsi,   muğam və opera ifaçısı, bəstəkarı, pedaqoqu Qulu Əsgərovun doğum günüdür.
Unudulmaz sənətkar Qulu Rüstəm oğlu Əsgərov 18 dekabr 1928-ci ildə Salyan şəhərində anadan olub. Gənc yaşlarında rayon teatrında çıxış edib, Xalq Çalğı Alətləri ansamblına rəhbərlik edib.
Həmsöhbətim xanəndənin bacısı qızı publisist-şair Püstə Rəvan deyir ki, səsinin gözəlliyi onun Bakıya yolunu açıb: Anamgil danışırdı ki, Qulu dayım gənc yaşından rayon toylarında iştirak edirmiş. Bir gün onun müğənnilik etdiyi toyların birində Azərbaycanın xalq şairi Səməd Vurğun da olur . Gəncin səsi şairi elə ovsunlayır ki, belə bir istedadın rayon toylarında itib-batmasına könlü razı olmur. Beləcə, S.Vurgunun bir başa sayəsində Qulu dayım Bakıya gedəsi olur”. dayımın televiyada hər çıxışı nəinki qohumlar arasında bütün rayonda qürur hissi yaradırdı.

Püstə xanım danışır ki, bax elə həmin müddətdə xalq onu kəşf edir:” 1953-cü ildə Gənc istetadların respublika olimpiyadasının qalibi olub. Musiqi təhsilini də 1953–1958-ci illərdə Asəf Zeynallı adına Bakı Musiqi texnikumun da alır. Görkəmli xanəndələrimiz Seyid Şuşinskidən, Nəriman Əliyevdən ifaçılıq ənənələrini mənimsəyir, təkminləşir !”
“Qulu dayımı məşhur edən onun zəhmətkeş olması idı, öz peşəsinə vurğun olması idi. Baxmatyaraq müğənni kimi çox sevilirdi, tanınırdı amma öz üzərində hər zaman işləyirdi. Elə, həmin dövrlərdə İncəsənət İnstitutunun teatrşünaslıq fakültəsində təhsil alması da dediyimizi təsdiq edir”.

Oxucularımız üçün qeyd edək ki, Qulu Əsgərov bütün muğam dəstgahlarını yüksək peşəkarlıqla və ən incə cizgiləri ilə dinləyiciyə çatdıra bilirdi. Qulu Əsgərov yaradıcı xanəndə idi. O, xalq arasında dillər əzbəri olan bir sıra mahnı və təsniflərin müəllifidir.
Onun lent yazıları AzTV Fondunda qorunur, yeni gələn nəsil tərəfindən ilhamla ifa olunur. Xanəndə uzun illər boyu Azərbaycan Dövlət Opera və Balet Teatrı nda solist kimi çalışıb. O, bu teatr səhnəsində muğam operalarında bir sıra yadda qalan obrazlar yaratmışdır : Məcnun, İbn-Salam, Kərəm (Üzeyir Hacıbəyov – "Leyli və Məcnun", "Əsli və Kərəm"), Aşıq Qərib (Z. Hacıbəyov- "Aşıq Qərib"), Şah İsmayıl (M. Maqomayev-Şah İsmayıl) obrazlarını böyük aktyorluq məharəti ilə hərtərəfli açmağa nail olmuşdur.
Qulu Əsgərov xanəndəlik sənəti üzrə böyük bir ifaçı nəsli yetişdirən gözəl müəllim olmuşdur. Onun davamçıları olan xanəndələr muğam sənətində nailiyyətlər əldə edərək, ustadın ənənələrini yaşadırlar.

Püstə xanım bildirir ki, dayımın sənəti ilə həyatı birləşmişdi sanki:”....Muğamlarımızı sevdiyi qədər balalarını, balalarını sevdiyi qədər muğamlarımızı sevirdi. Yəqin elə bu səbəbdən övladlarına  Rahab, Muğamat,  Zabul, Mahur , Şahnaz adı qoymuşdu.
Buna baxmayaraq, indiyə qədər Qulu Əsgərova fəxri ad verilməməsi nəinki onun qohumlarını, onun səsini bir dəfə eşidən, bir mahnısını dinləyən hər kəsi üzür. Onun hazırladığı tələbələr xalq artisti adı aldı... dayım yox...”
Püstə xanım dayısı Qulu Əsgərova həsr etdiyi şeiri də Adalet.az saytında işıq üzü görməsini istədi.


Səni sevdi bütün ellər, qoca, cavan, qız, gəlinlər.
Xəzan vurmuş baxçalarda çiçək açdı solan güllər.
Elə səslə oxudun ki, lala döndü yaz bülbüllər,
Ürəklərdə yuva saldın, köç eylədin Qulu dayım.


Bu xəbərdən küskün kimi boyun əydi qərənfillər,
Elə bil ki, xəzan vurdu, açılmadı xəzan güllər.
Qara geydi, yas saxladı səni gözən qara gözlər,
Ürəklərdə yuva saldın, köç eylədin Qulu dayım.


Qəlb oxuyan nəğmələrin sənsiz qaldı bu dünyada,
Səni sevən Azərbaycan sənsiz qaldl bu dünyada.
Sən nəğməli yanar ocaq közün qaldı bu düyada,
Neçə qəlbi ağlar qoydun, köç eylədin Qulu dayım.


Görən nə vaxt, kim göğacaq Qulu səsli bir oğul,
Mümkündürmü əvəz etsin səni sən tək səsli oğul.
Zaman bir də verə bilməz bu torpağa sən tək oğul,
Sən əvəzsiz sənətkar tək, köç eylədin Qulu dayım.


Ölməz səsin qüdrətindən solan güllər çiçək açmış,
Qaranlıqlar dünyasına sanki günəş, nurun saçmış,
İki sevən daha qəlbən bir-biriə könül açmış,
Gör neçə min ürəklərdə yuva saldın Qulu dayım.


Anaların laylasına çevrilmişdi həzin səsin,
Körpələrə dil açmağa nəğmə idi sehri səsin.
Dərd çəkəsi xəstələrə bir məlhəmdir sirli səsin,
Ürəklərdə yuva saldın, köç eylədin Qulu dayım.


Eşq oduna yanmağınla pərvanəlik səndə idi,
Saf məhəbbət ülvi sevgi divanəlik səndə idi.
Könülləri birləşdirən əfsanəlik səndə idi,
Ürəklərdə yuva saldın, köç eylədin Qulu dayım.


Sən sağ ikən ölməzliyi qazanmışdın sənətinlə,
Əl çatmayan zirvələrdə bir günəşdin şöhrətinlə.
Sevgi payı bəxş etmişdin düzdən təmiz niyyətinlə,
Ürəklərdə yuva saldın, köç eylədin Qulu dayım.


Allah sənə qıya bilməz, bəd nəzərdən gözə gəldin,
Çün ecazkar səsinlə sən Yusif camal bir mələkdin.
Ölməz sənətkar dünyasında ulduzlara bir günəşsən,
Günəş sönər? Niyə söndün belə qəfil Qulu dayım?


Hər bir eldən, hər obadan qəlb oxşayan səsin gəlir,
Demək sağsan yaşayırsan çiçək kimi ətrin gəlir.
İlk mənzilin-son mənzilin Salyana dünya gəlir,
Sən sevildin dünya qədər, köç eylədin Qulu dayım.


Qəbrin üstə gəlirəm mən məzarına baş əyirəm,
Əldə Quran, dildə yasin sənə min rəhmət deyirəm.
Elə bu gün ölənədək əyniə qara geyirəm,
Ürəyimdə yuva saldın, köç eylədin Qulu dayım.

P.S. Unudulmaz sənətkarın 96 yaşı tamam olur. Allah rəhmət eləsin, məkanı cənnət olsun!

Söhbətləşdi: Əntiqə Rəşid

phrase_var_article.chosen
35
adalet.az

1phrase_var_article.sources