AZ

ABB-nin vaxtı keçmiş kreditlərinin həcmi 35 milyon manata yaxın artıb

“Azərbaycan Beynəlxalq Bankı”ın (ABB) bu ilin 9 ayında vaxtı keçmiş kreditlərinin həcmi 236 milyon 882 min manat təşkil edib.

Valyuta.az bu barədə banka istinadən xəbər verir.

Bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 17% və ya 34 milyon 336 min manat çoxdur. 2023-cü ilin hesabat ilində ABB-nin vaxtı keçmiş kreditlərinin həcmi 202 milyon 546 min manat təşkil edib. 

Bu ilin 9 ayında ABB müştərilərə 6 milyard 87 milyon 833 min manat kredit verib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 1 milyard 598 milyon 849 min manat və ya 35,6% çoxdur. 2023-cü ilin 9 ayında bank müştərilərə 4 milyard 488 milyon 984 min manat kredit verib. 

Bu ilin hesabat dövründə bankın istehlak kreditlərinin həcmi 1 milyard 751 milyon 737 min manat olub ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 37,1% və ya 474 milyon 166 min manat çoxdur. Bu, 2023-cü ilin hesabat dövründə 1 milyard 277 milyon 571 min manat olub. 

ABB bu ilin 9 ayında 2 milyard 941 milyon 782 min manat biznes krediti verib ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 854 milyon 425 min manat və ya 40,9% çoxdur. 

Xatırladaq ki, ABB 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyard 225,648 milyon manatdır. Bankın səhmlərinin 92,56 %-i Maliyyə Nazirliyinə, 3,81 %-i İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, 0,23 %-i “Aqrarkredit” QSC bank olmayan kredit təşkilatına (BOKT), 3,4 %-i isə fiziki və hüquqi şəxslərə məxsusdur.

Nara

Seçilən
16
valyuta.az

1Mənbələr