AZ

Vəkillər Kollegiyası yeni binaya nə vaxt köçəcək?

Bizim üçün önəmli olan vəkilliyin maddi texniki bazasının gücləndirilməsidir”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri Anar Bağırov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, son illər ərzində regional məhkəmələrin fəaliyyət göstərdiyi şəhərlərdə - Sumqayıt, Şəki, Şirvanda müasir vəkillik kompleksləri istifadəyə verilib:

“Ancaq bəzi problemlər də var. Məsələn, Qərb bölgəsində müasir vəkil bürolarının sayı çox azdır. Gəncə Şəhər Prokurorluğunun keçmiş binası artıq bizim balansımıza verilib və orada əsaslı təmir işləri aparılır. Bina yaxın vaxtlarda istifadəyə veriləcək. Bununla da Qərb bölgəsində çox müasir, bütün tələblərə cavab verən regional mərkəzimiz fəaliyyət göstərəcək”.

A.Bağırov ikinci böyük problem kimi Vəkillər Kollegiyasının mərkəzi ofisinin olmamasını göstərib: “Kollegiyanın Rəyasət Heyəti icarəyə götürdüyümüz binada yerləşir. Hüquq təsisatları arasında ən çox hüquqşünasın birləşdiyi təşkilat məhz Vəkillər Kollegiyasıdır. Kollegiyada 2500-dən çox vəkil fəaliyyət göstərir. Ancaq Vəkillər Kollegiyasının Rəyasət Heyətinin yerləşdiyi ünvanda normal şərait yoxdur, orada görüşlər, tədbirlər keçirmək mümkan deyil. Nazirlər Kabineti bizə yeni bina ayırıb. Orada öz hesabımıza təmir, tikinti işləri aparacağıq. Bütün müvafiq layihə, smeta sənədləri dövlət qurumları ilə razılaşdırılıb. Artıq tender elan etmişik. Yaxın zamanda bununla bağlı konkret vəkillərimizə və ictimaiyyətə məlumat veriləcək. Ümid edirəm ki, haradasa yaxın bir il ərzində Vəkillər Kollegiyasının Bakı şəhərində çox müasir bir baş ofisi istifadəyə veriləcək”.


Müəllif: Məlik Məlikov
phrase_var_article.chosen
19
1
teleqraf.com

2phrase_var_article.sources