AZ

YouTube Lula da Silvanın sağlamlığı ilə bağlı saxta videoları silir- ÖZƏL

Olaylar.az xəbər verir ki, YouTube, Braziliya hökumətinin tələbi ilə, Prezident Lula da Silvanın sağlamlığı ilə bağlı saxta məlumatlar yayan videoları platformadan silməyə başlayıb. Bu barədə "Brasil247" portalı məlumat yayıb.

Məlumata görə, Baş Prokurorluq azı 12 videonun silinməsini tələb edib və artıq onlardan yeddisi platformadan silinib. Bəzi videolarda hətta Braziliya prezidentinin öldüyü iddia olunurdu.

Xatırladaq ki, Prezident Lula da Silva oktyabr ayında evində baş verən bədbəxt hadisə nəticəsində xəstəxanaya yerləşdirilmişdi. O, başın arxa hissəsində zədə ilə xəstəxanaya gətirilib. MRT müayinəsi zamanı prezidentdə kəllədaxili qanaxma aşkar olunmuş və ona cərrahi müdaxilə təyin edilmişdi. 10 dekabr tarixində, San-Paulo şəhərindəki "Siriu-Libanis" xəstəxanasında hematomanın aradan qaldırılması üçün Lula da Silva trepanasiya əməliyyatı keçirmişdi. 11 dekabrda isə beynində təkrar qanaxmanın qarşısını almaq məqsədilə əlavə bir prosedur aparılmışdı.

15 dekabrda prezidentin xəstəxanadan evə buraxıldığı açıqlanıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
phrase_var_article.chosen
16
olaylar.az

1phrase_var_article.sources