AZ

Əl-Colani Türkiyəyə təşəkkür etdi: “Suriya bunu unutmayacaq”

Suriyanın yeni hakimiyyəti qonşu Türkiyə ilə strateji münasibətləri davam etdirmək niyyətindədir. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Dəməşqdə hakimiyyətə gələn silahlı qrupların lideri, Əbu Məhəmməd əl-Colani ləqəbi ilə tanınan Əhməd əl-Şaraa “Yeni Şəfəq” qəzetinə məlumat verib:

“Bizim Türkiyə ilə strateji əlaqələrimiz olacaq. Türkiyənin yeni Suriya dövlətinin yaradılmasında bir çox prioritetləri var. 

Qarşılıqlı ticarət əlaqələri olacaq, Türkiyənin iqtisadi inkişaf təcrübəsini Suriyaya köçürəcəyinə inanırıq”.

Əl-Şaraa 2011-ci ildən bəri qaçan suriyalıların yarısının vətənlərinə qayıdacağına ümid etdiyini bildirib.

“Suriyalılar bir çox ölkədə sığınacaq tapdılar, amma Türkiyə onları ən çox qəbul etdi, digərlərindən daha çox hörmətlə yanaşdı. 

Ümid edirəm ki, Suriya bunu unutmayacaq”, - o əlavə edib.

Türkiyə Daxili İşlər Nazirliyinin məlumatına görə, respublikada 2,9 milyondan bir qədər çox suriyalı qaçqın ola bilər. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl 1 milyona yaxın qaçqının Suriyaya qayıtmasını təmin etmək planlarını açıqlamışdı. Suriyada Bəşər Əsəd administrasiyasının süqutundan sonra suriyalılar Türkiyədən vətənlərinə qayıtmağa başlayıblar.

Seçilən
31
19
cebheinfo.az

10Mənbələr