Aktrisa Nəsrin Cavadzadə Bebek çimərliyində məkanlardan birindən çıxarkən kameralara tuş gəlib.
Publika.az xəbər verir ki, jurnalistlərin suallarını cavablandıran Nəsrin, həyatının hazırda çox yaxşı getdiyini bildirib.
O, hər şeyin çox gözəl və qaydasında olduğunu bildirib:
“Yeni reklam çarxına çəkilmişəm, bu da karyeram üçün uğurlu bir addım idi. Oxumağı sevirəm, amma albom buraxmaq fikrim yoxdur. Musiqi həvəsdir, lakin hələlik diqqətimi başqa layihələrə yönəltmişəm.Sevgi həyatım yoxdur, tənhayam”.