AZ

Vüqar Qurbanov səhiyyə sahəsindəki ən önəmli məsələdən DANIŞDI

"Bu gün səhiyyə sahəsində ən önəmli məsələ tibb personalının bilik və bacarıqlarının artırılması, onların müasir yanaşmalardan istifadə edərək uğurlu müayinə-müalicə prosesini idarə edə bilməsidir”.

Bakıvaxtı.az xəbər verir ki, bunu  “Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

Onun sözlərinə görə, buna adekvat olaraq maddi-texniki bazanın gücləndirilməsi, müasir texnologiyalarla xidmət keyfiyyətinin və səmərəliliyinin artırılması da xüsusi ilə əhəmiyyətlidir. 

“TƏBİB də Azərbaycanın önəmli səhiyyə qurumlarından biri kimi tibb sahəsindəki müasir tendensiyaları yaxından izləyir. Bu gün TƏBİB tabeli tibb müəssisələrinin rəhbərlərinin idarəetmə bacarıqlarının inkişaf etdirilməsi, resursların effektiv idarəolunması, səhiyyə sahəsinin rəqəmsallaşdırılması,innovativ yeniliklərin tətbiqi, xidmət standartlarının müasir tələblərlə uyğunlaşdırılması istiqamətində önəmli addımlar atır. Eyni zamanda günümüzün tələblərinə uyğun olaraq sağlamlıq, tibbi turizm imkanları, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıq modelləri üzərində də işlər aparılır”.

Mina Mikayılova

phrase_var_article.chosen
16
bakivaxti.az

1phrase_var_article.sources