AZ

Vüqar Qurbanov: "İstər kadrların, istər maddi-texniki resursların düzgün idarəedilməsi, yüksək menecment olmadan uğurlu ola bilməz"

"Bu gün səhiyyə sahəsində ən önəmli məsələ tibb personalının bilik və bacarıqlarının artırılması, onların müasir yanaşmalardan istifadə edərək uğurlu müayinə-müalicə prosesini idarə edə bilməsidir. Eyni zamanda buna adekvat olaraq maddi-texniki bazanın gücləndirilməsi,  müasir texnologiyalarla xidmət keyfiyyətinin və səmərəliliyinin artırılması da xüsusi ilə əhəmiyyətlidir. Əlbəttə ki, bütün bunlar həm də müasir idarəetmə tələb edir. İstər kadrların, istər maddi-texniki resursların düzgün idarəedilməsi, yüksək menecment olmadan uğurlu ola bilməz. Bütün bunlar vəhdət təşkil etməli, vahid kompleks şəklində formalaşdırılmalıdır".

 

Pravda.az xəbər verir ki, bu sözləri TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov “Səhiyyə İdarəçiləri Zirvəsi 2024" tədbirində deyib.

 

Direktor TƏBİB-in tabeli tibb müəssisələrində səhiyyənin rəqəmsallaşdırılması istiqamətində atılan addımlardan da bəhs edib: "Tibb müəssisələrimizdə pasiyentlər arasında sıxlığı minimuma endirmək üçün canlı və onlayn növbə sistemləri təşkil olunub. Pilot layihə olaraq onlayn növbə sistemi pilot olaraq Yeni Klinikada tətbiq olunur. Daha 5 tibb müəssisəsində isə hazırlıq prosesi davam edir. 2024-cü il ərzində vətəndaşlar 1 milyondan çox canlı növbə, 80000-ə yaxın isə onlayn növbə xidmətindən istifadə edib. Ümumiyyətlə, bütün yeniliklər, səhiyyə idarəetməsindəki müasir tendensiyalar gün ərzində panel müzakirələrdə əhatə olunacaq. 2024-cü ildə tibb müəssisələrimizə 24.2 milyon müraciət qeydə alınıb, 83.2 milyon xidmət göstərilib. Bunlar kifayət qədər böyük rəqəmlərdir. Bu qədər tibbi xidməti keyfiyyətli və əlçatan şəkildə təqdim edə bilmək üçün idarəçilik çox önəmlidir. Biz də işə qəbul prosesimizdə müasir tendensiyaları, yenilikçi idarəetmə metodunu mənimsəmiş və bunu uğurla fəaliyyətlərinə tətbiq edə biləcək rəhbər şəxslərə üstünlük veririk. 2024-cü il ərzində tibb müəssisələrimizin rəhbər heyətinin işə qəbul olunması üçün 133 namizədi müsahibəyə dəvət etmişik, onlardan 79 namizəd müsahibəni uğurla keçərək TƏBİB ailəsinin üzvlərinə çevriliblər. Bundan başqa, 21 müəssisənin ümumi ştat və strukturu dəyişilib".

 

Aytəkin Qardaşova

Tarix: 18 Dekabr 2024, 11:54   
phrase_var_article.chosen
37
pravda.az

1phrase_var_article.sources