AZ

TƏBİB sədri tibb sahəsində ən önəmli məsələləri AÇIQLAYIB

Bakı. Trend:

Səhiyyə sahəsində ən önəmli məsələ tibb personalının bilik vəbacarıqlarının artırılması, onların müasir yanaşmalardan istifadəedərək uğurlu müayinə-müalicə prosesini idarə edə bilməsidir.

Trend xəbər verir ki, bunu“Səhiyyə İdarəçiləri Zirvəsi 2024”ün “Səhiyyədə yeni imkanlar” adlıII panelində TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov deyib.

O bildirib ki, buna adekvat olaraq maddi-texniki bazanıngücləndirilməsi, müasir texnologiyalarla xidmət keyfiyyətinin vəsəmərəliliyinin artırılması da xüsusi ilə əhəmiyyətlidir.

"Əlbəttə ki, bütün bunlar həm də müasir idarəetmə tələb edir.İstər kadrların, istər maddi-texniki resursların düzgünidarəedilməsi, yüksək menecment olmadan uğurlu ola bilməz. Bütünbunlar vəhdət təşkil etməli, vahid kompleks şəklindəformalaşdırılmalıdır.

TƏBİB də Azərbaycanın önəmli səhiyyə qurumlarından biri kimitibb sahəsindəki müasir tendensiyaları yaxından izləyir. Bu günTƏBİB tabeli tibb müəssisələrinin rəhbərlərinin idarəetməbacarıqlarının inkişaf etdirilməsi, resursların effektividarəolunması, səhiyyə sahəsinin rəqəmsallaşdırılması, innovativyeniliklərin tətbiqi, xidmət standartlarının müasir tələblərləuyğunlaşdırılması istiqamətində önəmli addımlar atır. Eyni zamandagünümüzün tələblərinə uyğun olaraq sağlamlıq, tibbi turizmimkanları, dövlət-özəl tərəfdaşlığı çərçivəsində əməkdaşlıqmodelləri üzərində də işlər aparılır", - o əlavə edib.

TƏBİB sədri qeyd edib ki, tibb müəssisələrinin rəhbərlərininbilik və bacarıqlarının artırılması məqsədilə İcbari Tibbi Sığortaüzrə Dövlət Agentliyi ilə Ankara Universiteti arasında imzalanmış“Təhsil xidmətlərinin göstərilməsi və elmi əməkdaşlığa dairProtokol” çərçivəsində Ankara Universitetində “Xəstəxanaların idarəedilməsi” mövzusunda dəfələrlə təlimlərin təşkil olunması da müsbətaddımlardandır:

"Bu təlimlərin yekunu olaraq TƏBİB, İcbari Tibbi Sığorta üzrəDövlət Agentliyi və Ankara Universiteti arasında üçtərəfli AnlaşmaMemorandumu imzalanıb", - sədr vurğulayıb.

Məqalədə:
Seçilən
22
az.trend.az

1Mənbələr