Beynəlxalq Enerji Agentliyinin (BEA) məlumatları kömürə tələbatın növbəti onillikdə artmağa davam edəcəyini göstərir.
İndex.az xəbər verir ki, BEA-nın son proqnozuna görə, 2027-ci ilə qədər kömürə tələbatı 8,9 milyard tona yüksələcək.
Bu, 2024-cü il üçün nəzərdə tutulan səviyyədən təxminən 1% yüksəkdir.
Qeyd edək ki, bu məlumatlar kömürə tələbatın bu onillikdə davamlı şəkildə azalacağı ilə bağlı keçən ilki proqnozu əsassız edir.