AZ

Aİ-nin 5 əsas qaz təchizatçısı - Azərbaycan nə qədər qaz satıb?

Cari ilin oktyabr ayında Rusiya Əlcəzairin liderliyini qoruduğu bir vaxtda, Avropa İttifaqına (Aİ) qaz tədarükündə ikinci əsas təchizatçı olub...

Poliqon xəbər verir ki, RİA Novosti bu barədə Eurostat məlumatlarına istinadən yazıb.

Sentyabr ayında Rusiya 2022-ci ilin yazından bəri ilk dəfə Aİ-nin əsas qaz tədarükçüsü olmuş və 1,4 milyard avro dəyərində qaz ixrac edərək ümumi idxalın 23,7%-ni təşkil etmişdi. Lakin oktyabrda Rusiya qazının tədarükü 6% azalaraq 1,3 milyard avro olub. Bunun nəticəsində Rusiyanın Aİ-dəki payı 21,2%-ə enib və bu göstərici ilə ölkə ikinci sırada qərarlaşıb.

Əlcəzair oktyabr ayında Aİ-yə 1,3 milyard avro dəyərində qaz ixrac edərək bazar payını 21,6%-ə yüksəldib. Bu göstərici sentyabr ayında 1,1 milyard avro olmuşdu.

Digər əsas təchizatçılardan biri olan ABŞ isə oktyabrda Avropa İttifaqına 1,2 milyard avo dəyərində qaz ixrac edib ki, bu da sentyabrla müqayisədə 19% artım deməkdir.

Norveçin qaz tədarükü isə oktyabr ayında 20% azalaraq 777,4 miyon avro milyon olub. Bununla yanaşı, Azərbaycan qaz ixracını 8% artıraraq 431,3 milyon avroya çatdırıb.

Ümumilikdə, Avropa İttifaqı oktyabr ayında 6,15 milyard avro dəyərində qaz idxal edib ki, bu da sentyabr ayına nisbətən 5% artım, 2023-cü ilin oktyabrı ilə müqayisədə isə 18% azalma deməkdir.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr