AZ

Bakıda evdən 10 min manatlıq oğurluq edilib

Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən oğurluq olub.

APA DİN-ə istinadən xəbər verir ki, polisə müraciət edən zərərçəkmiş dekabrın 16-da evindən 10.000 manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib.

Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36 yaşlı M.Kərimov və 20 yaşlı M.Qurbanzadə müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.

Seçilən
14
5
apa.az

6Mənbələr