AZ

Türkiyə Rusiya, İran və ABŞ-nin dəstəklədiyi silahlı qüvvələri sıradan çıxarır

Türkiyə Suriya ilə bağlı siyasətini Astana formatı çərçivəsində dörd il ərzində planlaşdırırdı. Mövcud status -kvonun davam etməsi yeni Kürd dövlətinin yaradılmasına və ABŞ, Rusiya və İranin da maraqlarına cavab verirdi.

Türkiyənin Suriya siyasətini MİT Başkanı İbrahim Kalın və Xarici işlər naziri Hakan Fidan uğurlu şəkildə planladı.

Məhz " Heyəti Təhrir Əş-Şam" təşkilatının dini təşkilatdan siyasi təşkilata çevrilməsi, terror siyahısından çıxarılması Ankaranın apardığı uğurlu siyasətin tərkib hissəsidir.

Demək olar ki, Türkiyə regional gücdən beynəlxalq gücə çevrilib. Yaxın və Orta Şərqin, həmçinin Cənubi Qafqazda, Mərkəzi Asiyada aparıcı ölkəyə çevrilib. Türkiyə Yaxın Şərqdə, Cənubi Qafqazda və Mərkəzi Asiyada Rusiyanın geosiyasi mövqelərinin kifayət qədər zəiflədib. Həmçinin İranın uzun illər həyata keçirdiyi "İslam İnqilabı" ideologiyasını fiaskoya uğratdı. Bundan sonra, Türkiyə Suriya siyasətini uğurla davam etdirəcək, mərkəzi hökumətin dayanaqlığını qoruyacaq. Əgər, ABŞ Türkiyə qarşı PKK -YPG kartını ortaya atıb, kürd muxtariyyətini tələb edərsə, Hələb, Rakka, Menbici öz ərazi bütövlüyünə qatacaq. Bununla bağlı, R. T. Ərdoğan mesaj verdi.

Qətərdən Suriya üzərindən yeni qaz xətti çəkilib Türkiyə üzərindən reallaşması yaxın perspektivdə mümkündür.

İsrail Suriyanın cənub bölgəsinə daxil olaraq yeni ərazilər işğal edir. İsrail rəhbərliyi belə bir siyasi addım atmaqla Ankara ilə toqquşması mümkündür. İsrail Suriyada ərazilərdə möhkəmlənmək və Fələstinlə bağlı prosesləri arxa plana keçirməyə çalışır. Türkiyə İsraili Colan təpələri daxil olmaqla, Suriyadan çıxarıb, Fələstin dövlətinin tanınmasını reallaşdırmasına gedə bilər.

Türkiyə iki güclü ölkə olan Rusiya və İranı regiondan çıxartdı. ABŞ-ın 10 ildən artıqdır ki, Suriyanın şimal -şərinqdə dəstək verdiyi PKK-YPG terror təşkilatına qarşı əməliyyat həyata keçirir. Vaşinqton bununla razılaşmalı olub. Təbii ki, Ankara və Vaşinqton arasında Suriya ilə bağlı razılaşma var.

Göründüyü kimi, Türkiyə Rusiya, İran və ABŞ dəstəklədiyi silahlı təşkilatları sıradan çıxarır. Suriyanın Şimal -şərqində PKK-YPG terror təşkilatına qarşı əməliyyatı uğurla həyata keçirtdikdən sonra, İsrailin Suriyanın cənubundan çıxarılması istiqamətində hərbi əməliyyatlar həyata keçiriləcək.

Məhəmməd Əsədullazadə, MCP başqan müavini, siyasi ekspert

visiontv.az



Seçilən
5
visiontv.az

1Mənbələr