AZ

Prezident Ermənistanla sülh üçün 2 şərtini AÇIQLADI

"Ermənistan Azərbaycanla sülh müqaviləsi imzalamazdan əvvəl konstitusiyanı dəyişməli və ATƏT-in Minsk qrupunun ləğvinə razılıq verməlidir". 

Oxu24.com  xəbər verir ki, bunu Prezident İlham Əliyev “Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibəsində deyib. 

"Ermənistan tərəfinin görməli olduğu daha iki məqam var: birincisi, konstitusiyasını dəyişməkdir. Çünki konstitusiyada müstəqillik bəyannaməsinə istinad var ki, bu da öz növbəsində keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycana qarşı ərazi iddialarını ehtiva edir. O, Ermənistanın bir hissəsi elan edilib, ona görə də konstitusiyanın dəyişdirilməsi bizim istəyimizlə deyil, bu, sadəcə olaraq obyektiv şərtlərdir", - ölkə lideri açıqlayıb. 

Prezident əlavə edib ki, Bakının ikinci şərti ATƏT-in Minsk qrupunun ləğvidir: "Bu məsələ konsensus yolu ilə həll olunduğundan, Ermənistanın razılığı olmadan bunu etmək formal olaraq mümkün deyil, baxmayaraq ki, ATƏT-in Minsk Qrupu uzun müddət fəaliyyət göstərməsə də, o, formal olaraq mövcuddur. Və sualımız ondan ibarətdir ki, əgər Ermənistan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyıbsa və Qarabağ məsələsini həll etmək üçün Minsk Qrupu yaradılıbsa, o zaman bu, nəyə lazımdır? Ermənistanın (ATƏT-in Minsk Qrupunu - red.) ləğv etmək istəməməsi, bizimlə birlikdə ATƏT-in Minsk qrupunun ləğvi üçün ATƏT-ə müraciət etmək istəməməsi revanşistlərin planlarının kifayət qədər ciddi olduğunu deməyə əsas verir". 

Seçilən
26
28
oxu24.com

10Mənbələr