Müğənni Şimal bir müddətdir xəstəxanada xərçənglə mübarizə aparır.
Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, MRT nəticələri bəlli olan Şimalın yeni paylaşımları pərəstişkarlarını sevindirib.
Məşhur müğənni şad xəbəri İnstaqram hesabında izləyiciləri ilə bölüşüb.
Məşhur müğənni Şimal 2021-ci ildə döş xərçəngi diaqnozu qoyuldu və kimya və radioterapiya müalicəsi aldıqdan sonra sağlamlığına qovuşub.
Döş xərçənginə qalib gəlməyi bacaran Şimal rutin müayinələri zamanı beynində şiş olduğunu öyrənib. Müğənni yanvarın 17-də 8 saat davam edən ağır əməliyyat keçirib.
Xərçənglə mübarizəsi davam edən müğənni Şimal bir müddət əvvəl xəstəxanadan paylaşım edib.
Ceyran