AZ

Fahriye Evcen və Burak Özçivit Fransada hər kəsi təəccübləndirdilər

Məşhur cütlük Burak Özçivit və həyat yoldaşı Fahriye Evcen Fransaya tətilə yollanıb.

Tribunainfo.az Milliyet-ə istinadən xəbər verir ki, sözün əsl mənasında ikinci bal ayında olan cütlüyün Fransadakı paylaşımları qısa zamanda çoxlu bəyənmə toplayıb.

2013-cü ildə “Çalıkuşu” serialının çəkilişlərində başlayan Burak Özçivit və Fahriye Evcen münasibətlərini 2017-ci ildə evliliklə taclandırıb. Məşhur cütlük 2019-cu ildə ilk övladları Karanı, 2023-cü ilin yanvarında isə ikinci oğulları Kərəmi dünyaya gətirib.

Məşhur cütlük Fransada gərgin mövsümün yorğunluğunu çıxarır. Fransanın turistik şəhərləri olan Kolmar və Strasburqa gedən Evcen və Özçivit cütlüyü rəsmi olaraq ikinci bal ayına çıxıblar.

Əflatun

phrase_var_article.chosen
14
tribunainfo.az

1phrase_var_article.sources