AZ

Böhran İranı bitirir: Gələn il daha pis olacaq

İran ciddi iqtisadi böhran keçirir. Tribunainfo.az xəbər verir ki, devalivasiyanın qarşısını ala bilməyən hökumət məsuliyyəti üzərindən atmağa başlayıb.
Pezeşkian hökumətinin nümayəndələri problemin sanksiyalarla bağlı olduğunu və bu səbəbdən də heç bir şey edə bilmədiklərini bəyan edirlər.
İranlı deputat Mustafa Purdehqan isə gələn il üçün durumun daha ağır olacağını bildirib. “Gələn il çətin bir il olacaq. Qiymətlərin artması fonunda hər qərarın sosial və təhlükəsizlik nəticələri var. Hökumətin bizə verdiyi qanun layihəsində qiymətlərin artmasına mütləq səbəb olacaq çox acı bəndlər var”.
Qeyd edək ki, hazırda İranda dollar sürətlə bahalaşmağa başlayıb. Bu gün bazarda 1 dollar 76 min tümənə, 1 avro isə 84 min tümənə dəyişdirilir. Son bir həftədə ərzaq və digər məhsulların qiymətinin isə 30 faiz bahalaşdığı deyilir.

phrase_var_article.chosen
24
tribunainfo.az

1phrase_var_article.sources