Bakı. Trend:
Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən oğurluqolub. Polisə müraciət edən zərərçəkmiş dekabrın 16-da evindən 10000 manat dəyərində məişət əşyalarının oğurlandığını bildirib.
Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Binəqədi RPİ 43-cüPolis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqəməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 36yaşlı M.Kərimov və 20 yaşlı M.Qurbanzadə müəyyən olunaraqsaxlanılıblar.
Araşdırma aparılır.