Azərbaycanın Birinci Liqa təmsilçisi "Baku Sportinq"in vingeri Nazim Bağırov iş yerini dəyişmək üzrədir.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, 25 yaşlı futbolçu kareyrasının ölkə xaricində davam etdirməkdə qərarlıdır.
Ölkəmizdə digər Birinci Liqa klublarının da istədiyi Nazimin Polşanın 3-cü liqa təmsilçisi "Podlasie Biala Podlaska" ilə apardığı danışıqlar müsbət nəticələnib və onun bu qış sözügedən komandaya qoşulacağı gözlənilir.
Futbolçunun agenti İlkin Əliyev müştərisinin gedəcəyini təsdiqlədi: "Bəli, doğru məlumatdır. Bildiyiniz kimi, Nazim həmin komandada 2022-ci ildə də çıxış edib. Hər şey yolunda getsə, yanvarda Polşaya gedəcək".
Nihat