AZ

Rus generalın qatilinin Özbəkistan vətəndaşı olduğu iddia edilir

Rusiya İstintaq Komitəsi Moskvada general İqor Kirillov və yavəri İlya Polikarpovun ölümü ilə nəticələnən terror aktını törətməkdə şübhəli bilinən Özbəkistan vətəndaşının saxlanıldığını elan edib.

Musavat.com Gazeta.uz saytına istinadla xəbər verir ki, İstintaq Komitəsinin məlumatına görə, saxlanılan şəxs 1995-ci il təvəllüdlü Özbəkistan vətəndaşıdır. Şübhəlinin adının Əhməd Qurbanov olduğu bildirilir.

Departament iddia edir ki, dindirilmə zamanı şübhəli “Ukrayna xüsusi xidmət orqanları tərəfindən işə cəlb olunduğunu etiraf edib”.

Bildirilir ki, Qurbanov onların göstərişi ilə Moskvaya gəlib, əldəqayırma partlayıcı qurğunu alıb və onu İqor Kirillovun yaşadığı yaşayış binasının girişində saxladığı elektrikli skuterinin üzərinə qoyub. Hərbçinin yaşayış yerini izləmək üçün o, icarəyə avtomaşın götürüb və orada videomüşahidə kamerası quraşdırıb. Bu kameradan görüntülər terror aktının Dnepr şəhərindəki təşkilatçılarına onlayn olaraq yayımlanıb. Hərbçilərin girişdən çıxması ilə bağlı videosiqnal daxil olduqdan sonra partlayıcı qurğu onlar tərəfindən uzaqdan işə salınıb”, - İstintaq Komitəsinin açıqlamasında bildirilir.

Sosial şəbəkələrdə saxlanılan şəxsin dindirilməsinin videosu da yayılıb.

İstintaq Komitəsinin məlumatına görə, cinayət törətdiyinə görə şübhəli şəxsə 100 min dollar pul mükafatı və yaşamaq üçün Avropa ölkələrindən birinə getməsi vəd edilib.

Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi şübhəlinin Moskva vilayətinin Balaşixa şəhərinin Çernoye kəndində saxlanıldığını bildirib.

Özbəkistanın rəsmi qurumları hələlik Rusiya İstintaq Komitəsi və Daxili İşlər Nazirliyinin hesabatlarını şərh etməyiblər.

Musavat.com

phrase_var_article.chosen
3
musavat.com

1phrase_var_article.sources