AZ

STM şirkəti Portuqaliya HDQ üçün logistika dəstək gəmiləri inşa edəcək

Türkiyənin STM şirkəti Portuqaliya Hərbi Dəniz Qüvvələri üçün iki ədəd Dənizdə Yanacaqdoldurma və Logistika Dəstək Gəmisi inşa edəcək.

“Poliqon” STM-ə istinadən xəbər verir ki, bununla bağlı Portuqaliyanın paytaxtı Lissabonda imza mərasimi baş tutub.

Mərasimdə Türkiyənin müdafiə sənayesi başqanı Haluk Görgün, Portuqaliya Hərbi Dəniz Qüvvələrinin komandanı Henrique Gouveia e Melo, Portuqaliya Müdafiə Sənayesi Agentliyinin sədri Karlos Feliks, STM şirkətinin baş direktoru Özgür Güleryüz və digər şəxslər iştirak ediblər.

Tərəflər arasında imzalanan müqaviləyə əsasən, hər iki gəminin inşası STM-in baş podratçılığı ilə Türkiyədə həyata keçiriləcək.

Beləliklə, Türkiyə müdafiə sənayesi STM şirkəti ilə ilk dəfə bir Avropa Birliyi və NATO üzvü ölkəyə hərbi gəmi ixrac etmiş olub.

Mərasimdə çıxış edən Türkiyənin müdafiə sənayesi başqanı Haluk Görgün bildirib ki, dünyada öz döyüş gəmilərini inşa edən 10 ölkədən biri olan Türkiyə artıq bu platformaları dost və müttəfiq ölkələrə ixrac etməyə başlayıb: “NATO müttəfiqlərimizlə güclü müdafiə və müdafiə sənayesi əməkdaşlığını inkişaf etdirmək Türkiyə üçün əsas prioritetlər sırasındadır”.

Öz növbəsində çıxış edən STM-in baş direktoru Özgür Güleryüz, Türkiyə müdafiə sənayesini dünya arenasında uğurla təmsil etdiklərini vurğulayıb: “Türkiyə Hərbi Dəniz Qüvvələrini yerli və milli platformalarımızla gücləndirərkən, Ukrayna, Malayziya və Pakistan üçün müxtəlif süüstü və sualtı layihələri həyata keçiririk”.

O, bu günə qədər Logistika Dəstək Gəmiləri sahəsində mühüm layihələri uğurla başa vurduqlarını ifadə edib: “Pakistan Hərbi Dəniz Qüvvələri üçün hazırladığımız PNS MOAWIN, 2018-ci ildən bəri logistik dəstək gəmisi kimi xidmət edir. Türkiyə Hərbi Dəniz Qüvvələri üçün iki Logistik Dəstək Gəmisini inşa edib təhvil vermişik. Bu gəmilər NATO da daxil olmaqla bir çox beynəlxalq dəniz əməliyyatlarında iştirak edir. Bu gün Türkiyə ilə Portuqaliya arasında müdafiə əməkdaşlığını artıracaq Dənizdə Yanacaqdoldurma və Logistika Dəstək Gəmiləri üçün müqavilə imzalamaqdan qürur duyuruq”.

Ö.Güleryüz bildirib ki, bu əlamətdar hadisə həm də Türkiyənin Avropa İttifaqına və NATO üzvü olan ölkəyə ilk hərbi gəmi ixracını olmaq xüsusiyyətini özündə daşıyır.

“Bu gəmilər Portuqaliya Hərbi Dəniz Qüvvələrinin strateji məqsədlərinə və əməliyyat tələblərinə ən yaxşı cavab verən unikal dizayna və modul arxitekturaya malik olacaq. Yenilikçi dizaynı və çox yönlü missiya funksiyası ilə Logistika Dəstək Gəmiləri dənizdə birgə enerji ötürmə, amfibiya əməliyyatları və dənizdə yanacaqdoldurma tapşırıqlarını yerinə yetirə biləcək. Onlar eyni ölçülü gəmilərlə müqayisədə yüksək sürət və yük daşıma qabiliyyətinə sahib olacaqlar. Gəmilər STM-in baş podratçılığı ilə Türkiyədə inşa ediləcək. Gəmilərin inşasına 2025-ci ildə başlayacağıq”, – deyə STM-in baş direktoru qeyd edib.

Türkiyənin hərbi dəniz mühəndisliyində çatdığı səviyyəni nümayiş etdirmək baxımından əhəmiyyətli bir layihə sayılan Dənizdə Yanacaqdoldurma və Logistika Dəstək Gəmiləri modul dizayna malikdir. Gəmilər dənizdə logistik dəstək, yanacaq və yük daşımaqla yanaşı, zirehli texnika daşıya, birgə güc ötürülməsini həyata keçirə və amfibiya əməliyyatları yerinə yetirə bilər. Bu gəmilər 20 ədədə qədər yüngül taktiki zirehli nəqliyyat vasitəsini daşıya bilər.

Modul, unikal və çox yönlü dizaynları sayəsində sözügedən gəmilər böhran zamanı humanitar yardım, axtarış-xilasetmə və xəstəxana kimi vəzifələri də icra edə biləcək imkanlara sahibdir. İnteqrasiya edilmiş rabitə sistemi ilə təchiz olunan gəmilər həm də komanda və idarəetmə bacarıqlarına malikdir.

Uzunluğu 137 metr, su basımı 11 min ton, maksimum sürəti isə 18+ dəniz mili olan gəmi 90 gün fasiləsiz şəkildə dənizdə qala bilər. Onun şəxsi heyəti 100 nəfərdir. Həmçinin gəmi 100 nəfər əlavə personalı da saxlamaq qabiliyyətindədir.

Gəmi bütün hava hücumundan müdafiə (HHM) başda olmaqla bütün əsas döyüş, sensor və silah sistemləri ilə təchiz olunub. Onun silahlanmasına yaxın HHM sistemləri, 12.7 mm-lik uzaqdan idarə edilən silah sistemləri və s. daxildir. Eyni zamanda, gəmidə helikopter və pilotsuz uçuş aparatlarının eniş-qalxış edə bilməsi üçün platforma və PUA-ların saxlanılması üçün anqar yer alır.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

1

2

3

4

5

Seçilən
24
poliqon.az

1Mənbələr