AZ

MASK ABŞ "DƏRİN DÖVLƏTİ"Nİ TƏHDİD ETDİ: "Onları bitirərəm"

İlon Mask sahibi sahibi olduğu SpaceX raket şirkəti haqqında təhlükəsizlik qaydalara əməl etməmə ittihamı ilə yoxlamaya məruz qalmasına həddən ziyadə sərt raksiya verib.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, bu məsələdə "ABŞ Dərin Dövləti"ni ittiham edib.

Mask çox aydın şəkildə sosial media hesabından həmin mücərrəd varlığı təhdid edib: “Dərin dövlət xainləri ənənəvi mediada pullu tərəfdarlarından istifadə edərək arxamca düşüb. Davanı başladan mən olmaq istəmirəm, amma onlar başladarsa, dərin dövləti bitirərəm”.

"The New York Times" qəzeti isə yazır ki, Mask və SpaceX təhlükəsizlik hesabatı qaydalarının pozulmasına görə federal araşdırmalarla qarşılaşıb: "Onun dövlət sirlərini qorumaq üçün nəzərdə tutulan protokolları pozması ilə bağlı ən azı 3 fakt üzrə araşdırma başlayıb".

Lamiyə Əhmədli
MİA.AZ

 

Seçilən
36
mia.az

1Mənbələr