Müğənni Şəbnəm Tovuzlu növbəti dəfə aparıcılara xəbərdarlıq edib.
"Rəngarəng" verilişinə səs yazısı yollayan müğənni qadağasını açıqlayıb.
Şəbnəm ad çəkmədən ətrafında olan dost bildiyi insnların gizli şəkildə Vəfanı reklam etdiyini iddia edib:
"Mən bütün aparıcı dostlarıma demişəm, illərlə hər birinizlə dostluq edirik. Mən istəmirəm ki, mənim adımı o qadınla (red. Vəfa Şərifova) ilə birlikdə çəkəsiniz. İllərdir adımı onla hallandırdınız, əl altından onun reklamını apardınız. Mənə yarı düşmən, yarı dost olanlar mənim üzərimdən onu qaldırdılar. Artıq bəsdir! İnsanlar da bezib. Mənim böyüklərim bu gün səhər mənə zəng edirlər ki, Zaur Nəbioğlu sənin dostundur. Amma hər şey sakitləşəndən sonra bu gün efirdə yenə sənin adını çəkir onunla bərabər. Bu reklam olunmaq yolu sifarişlidirsə son dəfə deyiəm ki, bunu mənim üzərimdən etməyin. Mənim adımı o qadının adı ilə birlikdə çəkməyin! Ona sərf edir, çünki bu reklam ona lazımdır. Amma mən bunu istəmirəm, artıq bezmişəm. Bundan sonra belədir!"