"Bütün yeniliklər özəl tibb müəssisələrindən gəlməlidir. Dövlət xəstəxaları da buna baxıb daha rəqabətli olmalıdır. Azərbaycanda hələ də robotik cərrahiyyə yoxdur. Bunun günahı da özəl tibb müəssisələrindədir. Vətəndaşlar bu xidməti almaq üçün xaricə üz tutmalıdır",- Qurbanov dekabrın 18-də Səhiyyə İdarəçiləri Zirvəsi çərçivəsində panel çıxışı zamanı deyib.
TƏBİB sədri vurğulayıb ki, səhiyyə sistemində baş verən son müsbət dəyişiliklər həm də xaricə müalicə üçün gedənlərin sayını kəskin azaldıb.
Gülnar Nazimqızı
www.anews.az