2025-ci ildə cari əməliyyatlar hesabında proqnozlaşdırılan profisit valyuta bazarında sabitliyin təmin ediləcəyini gözləməyə əsas verir.
Sfera.az Mərkəzi Banka istinadən xəbər verir ki, 2024-cü ilin oktyabrında hazırlanan proqnoza görə, 2025-ci ildə cari əməliyyatlar hesabının profisitinin 5 milyard 5 milyon dolları səviyyəsində olacağı gözlənilir.
Qeyd edək ki, cari əməliyyatlar balansının vəziyyəti manatın məzənnəsinə təsir edən əsas göstəricidir. Cari əməliyyatlar müsbət olduqca manatın sabitliyini təmin etmək asan olur.
Vasif
Sfera.az