AZ

“Hərbi bazalar Suriya ilə bizim məsələmizdir, Aİ-yə aidiyyəti yoxdur”- RUSİYA XİN

Rusiyanın Suriyadakı hərbi bazaları məsələsinə Moskva və Dəməşq dialoqu çərçivəsində baxılacaq. Bu məsələnin Avropa İttifaqına aidiyyəti yoxdur.

Azpost.info xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zxarova deyib.

“Rusiyanın Suriyadakı hərbi bazaları məsələsi Avropa İttifaqına aid deyil, bu, yalnız Moskva və Dəməşq arasında dialoq çərçivəsində nəzərdən keçiriləcək”, – Zaxarova bildirib.

Aİ-nin xarici siyasət və təhlükəsizlik xidmətinin rəhbəri Kaya Kallas Aİ deyib ki, Rusiya bazalarının çıxarılması, həmçinin İran və Rusiyanın Suriyanın gələcəyinin qurulmasında heç bir rol oynamaması Avropa İttifaqının Suriyanın yeni hakimiyyət orqanları ilə dialoqu üçün şərt olmalıdır.

Azpost.info

phrase_var_article.chosen
23
azpost.info

1phrase_var_article.sources