AZ

Suriyaya qayıdışlar davam edir: “Ağlayacaqdım, ağlamadım”

Suriyanın paytaxtı Dəməşqdə Bəşər Əsəd rejiminin sona çatmasından sonra Türkiyədə yaşayan suriyalıların ölkələrinə qayıtması davam edir.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, 10 il əvvəl Türkiyədə anadan olan Hüseyn Əziz doğma şəhərini ilk dəfə görəcəyini bildirib:
 
\"Nənəm məni Suriyada gözləyir. Türkiyədən olan dostlarımdan ayrılmağa çox üzüldüm. Az qaldı ki, ağlayam. Amma ağlamadım\".
 
Miqrasiya İdarəsi Müdirliyi, AFAD və müxtəlif qeyri-hökumət təşkilatları tərəfindən təmin edilən suriyalılara müxtəlif hədiyyələr və ehtiyaclar verilib.
 
Bununla yanaşı əşyalarını daşımaqda çətinlik çəkənlərə komandalar köməklik göstəriblər. Təlim görmüş itlər çamadanlarda axtarış zamanı narkotik və partlayıcı maddələrin qaçaqmalçılığına qarşı tədbir olaraq istifadə edilib.
 
13 ildir Kocaelidə yaşadığını deyən suriyalı Fatma Akka (25 yaş) vətənə döndüyü üçün xoşbəxt olduğunu bildirib:
 
\"Vətən gözəl şeydir. Burada qaldığımız müddətdə bizi yaxşı qarşıladılar. Türkiyəyə təşəkkür edirik. Nənələrimi görəcəyim üçün olduqca xoşbəxtəm\".
 
Oksana

Seçilən
42
azxeber.com

1Mənbələr